بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ ﴿١﴾
Mərhəmətli, rəhmli Allahın adı ilə!(1)
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ ﴿٢﴾
Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,(2)
الرَّحْمَٰنِ الرَّحِيمِ ﴿٣﴾
(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana,(3)
مَالِكِ يَوْمِ الدِّينِ ﴿٤﴾
Haqq-Hesab (qiyamət) gününün sahibinə!(4)
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ ﴿٥﴾
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!(5)
اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ ﴿٦﴾
Bizi doğru (düz) yola yönəlt!(6)
صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ ﴿٧﴾
Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!(7)