"رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي فَٱغۡفِرۡ لِي". [الْقَصَصِ - 16].
"رَبِّ بِمَآ أَنۡعَمۡتَ عَلَيَّ فَلَنۡ أَكُونَ ظَهِيرٗا لِّلۡمُجۡرِمِينَ١٧". [الْقَصَصِ - 17].
"رَبِّ إِنِّي لِمَآ أَنزَلۡتَ إِلَيَّ مِنۡ خَيۡرٖ فَقِيرٞ٢٤". [الْقَصَصِ - 24].
"رَبِّ ٱشۡرَحۡ لِي صَدۡرِي٢٥ وَيَسِّرۡ لِيٓ أَمۡرِي٢٦ وَٱحۡلُلۡ عُقۡدَةٗ مِّن لِّسَانِي٢٧ يَفۡقَهُواْ قَوۡلِي٢٨". [طه - 25-28].
"Ey Rəbbim! Mən özümə zülm etdim, məni bağışla.". [Qəsəs - 16].
"Ey Rəbbim! Mənə verdiyin nemətə görə əsla günahkarlara arxa durmayacağam.". [Qəsəs - 17].
"Ey Rəbbim! Mənə göndərəcəyin hər bir xeyrə möhtacam.". [Qəsəs - 24].
"Ey Rəbbim! Köksümü aç, işimi asanlaşdır və dilimdəki düyünü çöz ki, sözümü anlasınlar.". [Taha - 25-28].
"رَبَّنَا مَا خَلَقۡتَ هَٰذَا بَٰطِلٗا سُبۡحَٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ١٩١ رَبَّنَآ إِنَّكَ مَن تُدۡخِلِ ٱلنَّارَ فَقَدۡ أَخۡزَيۡتَهُۥۖ وَمَا لِلظَّٰلِمِينَ مِنۡ أَنصَارٖ١٩٢ رَّبَّنَآ إِنَّنَا سَمِعۡنَا مُنَادِيٗا يُنَادِي لِلۡإِيمَٰنِ أَنۡ ءَامِنُواْ بِرَبِّكُمۡ فَـَٔامَنَّاۚ رَبَّنَا فَٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَكَفِّرۡ عَنَّا سَيِّـَٔاتِنَا وَتَوَفَّنَا مَعَ ٱلۡأَبۡرَارِ١٩٣ رَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخۡزِنَا يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ إِنَّكَ لَا تُخۡلِفُ ٱلۡمِيعَادَ١٩٤ ". [آلُ عِمْرَانَ - 191-194].
“Rəbbimiz, Sən bunu əbəs yerə yaratmamısan. Sən nöqsanlardan uzaqsan; bizi odun əzabından qoru. Rəbbimiz, kimi oda daxil etsən, onu rüsvay etmiş olarsan; zalımların köməkçiləri yoxdur. Rəbbimiz, biz imana çağıran birini eşitdik: Rəbbinizə iman gətirin; biz də iman gətirdik. Rəbbimiz, günahlarımızı bağışla, pisliklərimizi ört və bizi yaxşılarla birlikdə vəfat etdir. Rəbbimiz, elçilərin vasitəsilə bizə vəd etdiyini ver və qiyamət günü bizi rüsvay etmə. Həqiqətən, Sən vədinə xilaf çıxmazsan.” [Ali-İmran 3:191–194]
Gündəlik zikrləriniz internet olmadan. Pulsuz.
Android · iPhone · iPad