اللَّهُمَّ أَحْسِنْ عَاقِبَتَنَا فِي الْأُمُورِ كُلِّهَا ، وَأَجِرْنَا مِنْ خِزْيِ الدُّنْيَا وَعَذَابِ الْآخِرَةِ.
اللَّهُمَّ رَبَّنَا ٱصۡرِفۡ عَنَّا عَذَابَ جَهَنَّمَۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا.
اللَّهُمَّ رَبَّنَآ إِنَّنَآ ءَامَنَّا فَٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ ٱلنَّارِ.
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ ، وَأَسْتَجِيرُ بِكَ مِنَ النَّارِ.
اللَّهُمَّ رَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخۡزِنَا يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ إِنَّكَ لَا تُخۡلِفُ ٱلۡمِيعَادَ.
Allahım, bütün işlərimizin aqibətini gözəl et; bizi dünyanın rüsvayçılığından və axirətin əzabından qoru.
Allahım, Rəbbimiz, cəhənnəm əzabını bizdən uzaqlaşdır. Onun əzabı davamlıdır.
Allahım, Rəbbimiz, biz iman gətirdik; günahlarımızı bağışla və bizi odun əzabından qoru.
Allahım, Səndən cənnəti istəyir və oddan Sənə sığınıram.
Allahım, Rəbbimiz, elçilərin vasitəsilə bizə vəd etdiyini ver və qiyamət günü bizi rüsvay etmə. Həqiqətən Sən vədinə xilaf çıxmazsan.
"رَّبِّ ٱغۡفِرۡ وَٱرۡحَمۡ وَأَنتَ خَيۡرُ ٱلرَّٰحِمِينَ١١٨ ". [الْمُؤْمِنُونَ - 118].
“Ey Rəbbim, bağışla və rəhm et. Sən rəhm edənlərin ən xeyirlisisən.” [Muminun - 118].
"رَبِّ هَبۡ لِي مِن لَّدُنكَ ذُرِّيَّةٗ طَيِّبَةًۖ إِنَّكَ سَمِيعُ ٱلدُّعَآءِ٣٨". [آلِ عِمْرَانَ - 38].
"رَبِّ لَا تَذَرۡنِي فَرۡدٗا وَأَنتَ خَيۡرُ ٱلۡوَٰرِثِينَ٨٩". [الْأَنْبِيَاءِ - 89].
"Ey Rəbbim! Mənə Öz qatından pak bir nəsil bəxş et. Həqiqətən, Sən duaları eşidənsən.". [Ali-İmran - 38].
"Ey Rəbbim! Məni tək qoyma. Sən varislərin ən xeyirlisisən.". [Ənbiya - 89].
Gündəlik zikrləriniz internet olmadan. Pulsuz.
Android · iPhone · iPad