"رَبَّنَا مَا خَلَقۡتَ هَٰذَا بَٰطِلٗا سُبۡحَٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ١٩١ رَبَّنَآ إِنَّكَ مَن تُدۡخِلِ ٱلنَّارَ فَقَدۡ أَخۡزَيۡتَهُۥۖ وَمَا لِلظَّٰلِمِينَ مِنۡ أَنصَارٖ١٩٢ رَّبَّنَآ إِنَّنَا سَمِعۡنَا مُنَادِيٗا يُنَادِي لِلۡإِيمَٰنِ أَنۡ ءَامِنُواْ بِرَبِّكُمۡ فَـَٔامَنَّاۚ رَبَّنَا فَٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَكَفِّرۡ عَنَّا سَيِّـَٔاتِنَا وَتَوَفَّنَا مَعَ ٱلۡأَبۡرَارِ١٩٣ رَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخۡزِنَا يَوۡمَ ٱلۡقِيَٰمَةِۖ إِنَّكَ لَا تُخۡلِفُ ٱلۡمِيعَادَ١٩٤ ". [آلُ عِمْرَانَ - 191-194].
“Rəbbimiz, Sən bunu əbəs yerə yaratmamısan. Sən nöqsanlardan uzaqsan; bizi odun əzabından qoru. Rəbbimiz, kimi oda daxil etsən, onu rüsvay etmiş olarsan; zalımların köməkçiləri yoxdur. Rəbbimiz, biz imana çağıran birini eşitdik: Rəbbinizə iman gətirin; biz də iman gətirdik. Rəbbimiz, günahlarımızı bağışla, pisliklərimizi ört və bizi yaxşılarla birlikdə vəfat etdir. Rəbbimiz, elçilərin vasitəsilə bizə vəd etdiyini ver və qiyamət günü bizi rüsvay etmə. Həqiqətən, Sən vədinə xilaf çıxmazsan.” [Ali-İmran 3:191–194]
"رَبِّ هَبۡ لِي مِن لَّدُنكَ ذُرِّيَّةٗ طَيِّبَةًۖ إِنَّكَ سَمِيعُ ٱلدُّعَآءِ٣٨". [آلِ عِمْرَانَ - 38].
"رَبِّ لَا تَذَرۡنِي فَرۡدٗا وَأَنتَ خَيۡرُ ٱلۡوَٰرِثِينَ٨٩". [الْأَنْبِيَاءِ - 89].
"Ey Rəbbim! Mənə Öz qatından pak bir nəsil bəxş et. Həqiqətən, Sən duaları eşidənsən.". [Ali-İmran - 38].
"Ey Rəbbim! Məni tək qoyma. Sən varislərin ən xeyirlisisən.". [Ənbiya - 89].
Gündəlik zikrləriniz internet olmadan. Pulsuz.
Android · iPhone · iPad